AZ

Türkiyədə İsrailin hücumları ilə bağlı təxribata yol verənlər cəzalandırılacaq

BAKI, 14 iyun. TELEQRAF

Türkiyə Baş Prokurorluğu İsrailin İrana hücumları ilə bağlı sosial media platformalarında təxribat xarakterli paylaşımlar edən şəxslərlə bağlı istintaqa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

“İsrailin İrana hücumlarından sonra sosial media platformalarında ictimaiyyəti çaşdırmaq və cəmiyyətdə hiddət yaratmaq məqsədi ilə təxribat xarakterli paylaşımlara yol verilir. Prokurorluq tərəfindən sözügedən yazıları yerləşdirən hesablarla bağlı iş üzrə istintaq başladılıb. İctimai asayişi pozmağa yönəlmiş bu cür təxribat xarakterli məzmunlara yayılmasına heç vaxt icazə verilməyəcək” - deyə, nazir bildirib.

Seçilən
25
teleqraf.com

1Mənbələr