Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə “Qafqazinfo”ya FHN-dən bildirilib.
Əməliyyat şəraitinə uyğun olaraq Beyləqan, Füzuli, İmişli, Ağcabədi və Saatlı rayonlarının yanğından mühafizə hissələrinin qüvvələri cəlb edilməklə yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Yanğından görüntüləri təqdim edirik:
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.