AZ

Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəza olub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Zaqatala, 14 iyun, AZƏRTAC

Zaqatala rayonunun Mazıx kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, kənd sakini İbrət Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən piyada, 38 yaşlı Mazıx kənd sakini Zurab Nuriyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata əsasən, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
azertag.az

2Mənbələr