İsrail və İran qarşılıqlı hücumlarını davam etdirir. İran ordusu ölkəyə hava zərbələri endirən İsrail təyyarələrinin vurulduğunu açıqlayıb.
İran ordusundan verilən açıqlamada ölkəyə hava zərbələri endirən 2 İsrail qırıcısının vurulduğu bildirilib. Qum şəhərində isə İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.
Vurulan qırıcılardan birinin məşhur F-35 gizli təyyarəsi olduğu güman edilir. Məlumata görə, İran hava qüvvələri təyyarəni vuraraq, pilotu da əsir götürüb. Vurulan digər təyyarənin modeli isə açıqlanmır.
İsrail pilotunun ələ keçirilməsinin gərginliyi daha da artıracağı və vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa yönəlmiş diplomatik səyləri çətinləşdirəcəyi gözlənilir.
TAHİR