Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir.
“APA-Economics” bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in Azərbaycanla bağlı reytinq qiymətləndirməsində bildirilib.
Agentlik hesab edir ki, Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmaya qayıdış ehtimalı aşağıdır. Bu qənaət 2025-ci ilin mart ayında iki ölkə arasında sülh sazişi layihəsi üzrə əldə olunan razılıq fonunda səsləndirilib.
“Fitch” bildirir ki, baxmayaraq ki, sazişin məzmunu və imzalanma müddəti hələ dəqiq deyil, tərəflər arasında dialoq müsbət istiqamətdə inkişaf edir.
Agentlik həmçinin qeyd edir ki, Azərbaycanın Rusiya ilə münasibətləri hazırda sabitdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.