AZ

İran KİV bayram edir: “Dünyada ilk dəfə biz vurduq” – İsraildən reaksiya


“İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri İsrailin iki F-35 qırıcısını və çoxlu sayda kiçik hava gəmisini məhv edib”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə İranın dövlət mediası çıxış edib.

“Pilotların taleyi məlum deyil. Təfərrüatlar açıqlanacaq”, – məlumatda bildirilir.

İran mediası yazır ki, indiyə qədər dünya hərbində F35 qırıcısı vurulmamışdı.

İsrail ordusu isə İranda F-35 təyyarələrinin vurulmasını və pilotun əsir götürülməsi xəbərlərini təkzib edib. 

Bu barədə TASS agentliyinə İsrail ordusunun mətbuat xidmətinin nümayəndəsi bildirib.

Seçilən
30
1
news24.az

2Mənbələr