ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriyada parlamentin yeni üzvlərini müəyyən etmək üçün Yüksək Seçki Komissiyası yaradılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Suriyanın rəsmi agentliyi SANA məlumat yayıb.
Suriya prezidenti Əhməd əl-Şaraa Ali Seçki Komissiyasının yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, yeni parlament 150 üzvdən ibarət olacaq və onların üçdə ikisi Ali Seçki Komissiyasının formalaşdıracağı alt qruplar tərəfindən seçiləcək. Qalan 50 üzvü isə prezident seçəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.