BAKI, 14 iyun. TELEQRAF
İsrail ordusu İran tərəfindən növbəti raketlərin buraxılışını qeydə alıb.
Teleqraf xəbər verir ki, ölkə əhalisinə sığınacaqlarda gizlənmək və növbəti bildirişə qədər oranı tərk etməmək tapşırılıb.
"Hava Hücumundan Müdafiə (HHM) sistemləri təhdidi qarşılamaq üçün işləyir", - İsrail ordusunun sosial media paylaşımında deyilir.