AZ

Tehran yenə pis vuruldu: İsrailin hücumu böyük dağıntıya səbəb oldu - DƏHŞƏTİN VİDEOSU

Musavat.com xəbər verir ki, İsrail və İran arasında artan gərginlik artıq silahlı qarşıdurma mərhələsinə keçib.

Hazırda hər iki ölkə bir-birinə qarşı uzaqmənzilli raket zərbələri endirir. Son məlumatlara görə, İsrailin atdığı raketlərdən biri birbaşa İranın paytaxtı Tehrana düşüb.

Musavat.com-un əldə etdiyi videokadrlar Tehranın mərkəzi küçələrindən birində lentə alınıb. Kadrlarda yanmış avtomobillər, ətrafa səpələnmiş dağıntı qalıqları və partlayışdan sonra alovlanan ərazi açıq şəkildə görünür. Rəsmi qurumlardan hadisə ilə bağlı hələlik açıqlama verilməyib.

Hazırda İran İsrailin davam edən raket hücumlarına məruz qalır. Eyni zamanda, İran tərəfi də cavab zərbələri ilə İsrailin bir sıra hərbi və strateji obyektlərini hədəfə alır.

Məlumatlara görə, hər iki ölkənin hava hücumundan müdafiə sistemləri tam gücü ilə işləmir və raketlərin bir hissəsi müdafiəni yararaq obyektlərə tuş gəlir. Bu da hərbi əməliyyatların dağıdıcı təsirini artırır.

Hadisə nəticəsində insan tələfatı və xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir. İran əhalisinin bir hissəsi sığınacaqlara yerləşdirilib, Tehranda hava həyəcan siqnalları fasiləsiz səslənir.

 

Musavat.com

Seçilən
27
2
musavat.com

3Mənbələr