ain.az, Operativ MM portalına istinadən məlumat yayır.
İsveçrənin xarici işlər naziri İqnazio Kassis İsrail və İranı dialoq və diplomatiyaya qayıtmağa çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə "TASS"a istinadən məlumat yayıb.
"İsveçrə bütün tərəfləri maksimum təmkinli olmağa və gərginliyi daha da artıra biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırır. Dialoq yoluna qayıtmaq təcilidir", - Kassis bildirib.
O əlavə edib ki, münaqişənin gərginləşməsi heç bir tərəfin maraqlarına uyğun deyil və həm İran, həm İsrail, həm də bütün Yaxın Şərq üçün fəlakətli nəticələrə səbəb olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.