Daha əvvəl xəbər verdiyimiz kimi, futbol üzrə İtaliya millisi baş məşqçi Luçano Spalletti ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırmışdı.
Apasport.az xəbər verir ki, rəhbərlik artıq bu posta namizədini müəyyənləşdirib. Komandanın baş məşqçi postuna Cennaro Qattuzonu gətirmək planlaşdırılır.
Bu barədə insayder Cianluka Di Marzio məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tərəflər arasında artıq ilkin görüşlər baş tutub.
Qeyd edək ki, İtaliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində yer aldığı I qrupda keçirdiyi 2 oyundan sonra topladığı 3 xalla üçüncü pillədə qərarlaşıb.
Argentinalı vinger “Real”da - RƏSMİ
La Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib
Daha bir İtaliya klubu Ceko ilə maraqlanır
“İnter” Türkiyə millisinin üzvü ilə yollarını ayıra bilər
"Fənərbaxça" "Adidas"la 5 illik müqavilə imzalayıb