AZ

Konqoda göldə üç qayığın batması nəticəsində 50-dən çox insan ölüb

Bakı. Trend:

Konqo Demokratik Respublikasının qərbində yerləşən Tumba gölündəüç qayığın eyni vaxtda batması nəticəsində azı 52 nəfər həyatınıitirib.

Trend xəbər verirki, bu barədə AFP məlumat yayıb.

Hadisə Ekvatorial əyalətində, Bikoro şəhəri yaxınlığında başverib. Bildirilir ki, qayıqlar mümkün qədər çox sərnişin götürməkməqsədilə bir-birinə bağlanmış vəziyyətdə hərəkət edirmiş.

Agentliyin məlumatına görə, hadisə zamanı qayıqlarda təxminən200 nəfər olub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.Zərərçəkənlərin və itkin düşənlərin dəqiq sayı hələlik məlumdeyil.

Seçilən
27
az.trend.az

1Mənbələr