Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (“EDR”) “BBB-“ səviyyəsində stabil proqnozla təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Qeyd olunub ki, reytinq Azərbaycanın çox güclü xarici balansı, “BBB” reytinq kateqoriyasında ən aşağı dövlət borcu səviyyəsi və böyük suveren rifah fondunun aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.
“Azərbaycanın 2025-ci ilin sonuna strateji ehtiyatları 74 milyard dollar həcmində qiymətləndirilir (2022-ci il üzrə +5,9 milyard dollar). Proqnozlaşdırırıq ki, suverenin xalis xarici aktivləri 2025-2026-cı illərdə orta hesabla ÜDM-in 67 %-ni təşkil edəcək ki, bu da “BBB” və “A” reytinqləri üçün median göstəricilərdən əhəmiyyətli dərəcədə yüksəkdir”, – agentlik vurğulayıb.