Bakı. Trend:
13 iyunda İsrailin İrana aviazərbələr endirməsi nəticəsində 78nəfər, o cümlədən yüksək səviyyəli hərbi rəsmilər ölüb.
Trend-inməlumatına görə, bunu İranın BMT-dəki səfiri və daimi nümayəndəsiƏmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının İsrailin İrana hücumuilə əlaqədar fövqəladə iclasında deyib.
Onun sözlərinə görə, hücumlar nəticəsində həmçinin 320-dən çoxşəxs yaralanıb ki, onların əksəriyyətinin sivillər, uşaq vəqadınlar təşkil edir.
İrəvani bildirib ki, həmçinin Atom Enerjisi üzrə BeynəlxalqAgentliyin tam nəzarətində olan Nətənz nüvə obyekti hücuma məruzqalıb. İranın nüvə obyektlərinə istənilən xəsarət radiolojişüalanma ilə bağlı faciəvi hallara gətirib çıxara bilər. Bu isətəkcə İranla məhdudlaşmaya, bütün region və ondan kənara dagenişlənə bilər.
İrəvani deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, NüvəSilahlarının Yayılmamasına dair Saziş, Cenevrə konvensiyaları, BMTTəhlükəsizlik Şurasının çoxsaylı qətnamələri nəzarətdə olan nüvəobyektləri əleyhinə istənilən hücumu açıq-aşkar şəkildə qadağanedir.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib.
Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı“Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildəhərbi obyektlərin vurulduğunu bildirib.