“Mançester Siti”nin müdafiəçisi Kayl Uoker karyerasını “Fənərbağça” klubunda davam etdirməyə yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi artıq futbolçuya rəsmi təklif təqdim edib.Uokerin ən azı iki illik müqavilə bağlamaq istədiyi qeyd olunur.
Əgər müdafiəçi “Fənərbaxça” ilə razılığa gələrsə, “Mançester Siti” onun transferinə icazə verəcək.
Hazırda tərəflər razılaşmanın detalları ilə bağlı futbolçunun agenti ilə rəsmi danışıqlara başlayıblar.
Qeyd edək ki, ingilis "Mançester Siti"nin qarşıdan gələn klublararası dünya çempionatı üçün iştirak ərizəsinə daxil edilməyib.
Ötən mövsüm Uoker "Milan"da icarə əsasında çıxış edib. İngilis bütün turnirlərdə “rossoneri”nin heyətində 14 matçda iştirak edib. Futbolçunun “Mançester Siti” ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt internet portalında verilən məlumata görə, 35 yaşlı futbolçunun bazar dəyəri 6 milyon avrodur.