AZ

75 milyonu ödəməyə hazırdır - Osimhen üçün

“Napoli”nin hücumçusu Viktor Osimhen Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə razılığa gələ bilmədikdən sonra “Mançester Yunayted”lə danışıqları bərpa edib.

90deqiqe.Az-ın "Footmercato"ya istinadən yaydığı məlumata görə, tərəflər bir neçə həftə əvvəl müzakirə olunan şərtlərə qayıdıblar. Razılaşmaya əsasən, nigeriyalı futbolçu illik 12 milyon avro maaş alacaq. “Mançester Yunayted” isə “Napoli”yə 75 milyon avro təzminat ödəməyi planlaşdırır.

Qeyd edək ki, Osimhen “Napoli” ilə 2025-ci ilin yayına qədər müqavilə imzalamışdı və klubun əsas hücumçusu kimi çıxış edir.

Ötən mövsüm forvard icarə əsasında "Qalatasaray"da çıxış edib. O, bütün turnirlərdə 41 matçda iştirak edib, 37 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi hesablanıb.Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Seçilən
13
90deqiqe.az

1Mənbələr