Zaqatalada avtomobilin vurduğu piyada ölüb
“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, piyada 36 yaşlı Zürab Nuriyev yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Z. Nuriyev hadisə yerində dünyasını dəyişib.
Faktla baglı araşdırma aparılır.
Mübariz Muradov