AZ

Argentina futbol tarixinin ən bahalı transferi rəsmiləşib

Argentinalı gənc oyunçu Franko Mastantuono “River Pleyt”dən “Real Madrid”ə transfer olunub.

90deqiqe.Az-ın məlumatına görə, transferin məbləği 63,2 milyon avro təşkil edir ki, bu da Argentina futbolu tarixində indiyə qədər qeydə alınmış ən yüksək rəqəmdir.

Müxtəlif ayırmalar və vergilər nəzərə alındıqdan sonra “River Pleyt” bu keçiddən 45 milyon avro gəlir əldə edəcək.

Madrid klubu 17 yaşlı futbolçunun transferini bu gün, iyunun 13-də rəsmi şəkildə açıqlayıb. Mastantuono Klublararası Dünya Çempionatı başa çatdıqdan sonra İspaniyaya yollanaraq “Real Madrid”ə qoşulacaq. Qeyd olunur ki, turnir gələn ay sona yetəcək.

Franko Mastantuono “River Pleyt”in heyətində indiyədək 61 matçda meydana çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
22
90deqiqe.az

1Mənbələr