AZ

Karpin Lunyovun baş məşqçisi oldu

BAKI. 14 iyun. TELEQRAF

Futbol üzrə Rusiya millisinin baş məşqçisi Valeri Karpin Moskva "Dinamo"suna baş məşqçi təyin olunub.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə bağlanılıb.

Təyinat "Nə? Harada? Nə vaxt?" televiziya oyununun yeni buraxılışında elan edilib. Karpin burada həm verilişin, həm də "Dinamo"nun sponsoru olan bukmeyker şirkətini təmsil edir. Klubun mətbuat xidməti sosial şəbəkələrində müvafiq elanın fraqmentini yerləşdirib. Məlumatda deyilir: "Yay mövsümlərarası dövrünün əsas sualına cavab tapıldı".

Xatırladaq ki, Valeri Karpin 2021-ci ilin yayından Rusiya yığmasının baş məşqçisidir. O, 2022-ci ilin martından 2025-ci ilin fevralınadək millidə və "Rostov" klubunda eyni postu tutub. "Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyovun çıxış etdiyi "Dinamo" komandası isə ötən mövsüm 5-ci yeri tutub. "Ağ-mavilər"in baş məşqçisi əvvəlcə Martsel Liçka, daha sonra Rolan Qusev olub.

Seçilən
18
teleqraf.com

1Mənbələr