Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bilindiyi kimi, “Kəpəz” yeni baş məşqçisi Adil Şükürovla müqaviləni Bakıda imzalayıb.Bəzi gəncəli tərəfdarlar klub rəhbərliyinin yer seçimindən narazı qalıb. Onlar mərasimin doğma şəhərdə keçirilməli olduğunu, “sarı-göylər”in yanlış addım atdığını dilə gətirib.Bəs buna nə səbəb olub? Klub mütəxəssisin təqdimat mərasimini niyə Gəncədə keçirməyə ehtiyac duymayıb?Bu suallarla “Kəpəz”in Media və marketinq departamentinin direktoru Gəray Qiyasova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“İki səbəb var. Birincisi, komanda istirahətə buraxılıb, yəni bazada deyil. İkincisi, klub hazırda Bakıda seleksiya işləriylə məşğuldu. Futbolçularla danışıqlar aparılır, seçimlər edilir. Bu üzdən Gəncəyə gedib-gəlməklə vaxt itirmək istəmədik. Çünki bunun üçün azı bir günə ehtiyac var idi. Həmçinin mərasim mediaya qapalı idi. Təqdimat 15-20 dəqiqə davam etdi. İmzalar atıldı, şəkillər çəkdirildi, sonra yenidən seleksiya işləri davam etdi. Baş məşqçi dəyişikliyi mövsüm ərzində, komanda Gəncədə olduğu vaxt baş versəydi, təqdimat mərasimi də Gəncədə olacaqdı. Onsuz da komanda istirahətdən qayıdandan sonra baş məşqçi doğma şəhərdə futbolçulara təqdim ediləcək”.
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.