AZ

Ölkənin cənub sərhədlərində radiasiya fonu mütəmadi olaraq ölçülür – FHN

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji FəaliyyətinTənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı vəMülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasınınmütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənubsərhədləri boyunca, o cümlədən Naxçıvan Muxtar Respublikasında 30məntəqədə xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədiləmüayinələr aparılıb.

Trend xəbər verirki, müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansıçirklənmə aşkarlanmayıb. Bu proses mütəmadi olaraq davametdirilir.

Bundan əlavə, ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdəradiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan,Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarda Ekologiya və TəbiiSərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi Mərkəzininavtomatik stansiyaları fəaliyyət göstərir. Bu stansiyalarvasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır.

Hazırda havada hər hansı çirklənmə qeydə alınmayıb.

Seçilən
39
50
az.trend.az

10Mənbələr