Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkdə hətta heyvan kimi istifadə edilən Ella Harperin qorxunc həyat hekayəsi var.
Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir.
1850-ci ildə dizləri arxaya əyilmiş vəziyyətdə doğulan Ella Harper həyatı boyu həmişə dörd ayaq üstə yeriyib.
Ella bu vəziyyətinə görə "Dəvə Qız" kimi də tanınırdı. Bu vəziyyət çətin olsa da, Ella sonradan bu vəziyyəti öz xeyrinə çevirməyi bacarıb.
Ella Harper fermer ata və evdar ananın qızı olaraq dünyaya gəlib.
Ellanın ümumilikdə dörd bacısı olsa da, onların heç birində Ella xəstəliyinə bənzər əlamətlər müşahidə olunmayıb. O, ilk dəfə dünyaya gələndə əkiz qardaşı ilə dünyaya gəlib. Əkiz qardaşı doğulduqdan bir neçə ay sonra dünyasını dəyişsə də, Ella xəstəliyinə baxmayaraq sağ qalmağı bacarıb və xəstəliyindən pul qazanmağa başlayıb.
12 yaşında olanda o, “freak show” adlı sirkdə işləməyə başlayıb.
Daha sonra Ella Nyu Orleana qədər uzanan bir karyera qurub. Şounun təşkilatçısı W.H. Harris, verilişə bacardığı qədər qorxulu personajları daxil etmək istəyirdi. Sonra Ella Harperlə tanış oldu. Ellaya çevik əmək haqqı və iş saatları təklif edən Harrisin sirkində hətta aslan əhli və akrobatlar da var idi.
Ella şouya dəvə ilə gətirilib.
Buna görə də Ella üçün “Dəvə Qız” ləqəbi qaçılmaz idi.
Bununla belə, Ellanın əsl şöhrət yüksəlişi Harrisin “Nikel Plate” sirk şousu ilə başladı. Həftədə 200 dollara yaxın qazandığı bu iş Ellaya daha çox karyera imkanları verdi. Bu arada öz evini qurmağı bacaran Ella bu gəlirli karyerasından əl çəkməyib.
“Dəvə Qız” ləqəbi Ellanı aşağılamaq üçün istifadə olunurdu.
Hər dəfə dəvə ilə səhnəyə gətirilən Ella şou sahibləri tərəfindən praktiki olaraq tamaşaçılara işarə edilib. Daha sonra qəzetlərdə “dünya yaranandan bəri təbiətdə görülən ən ecazkar varlıq” olaraq xarakterizə edilən Ellanın dizləri alt-üst olmuş şirin sifətli bir qızdan başqa bir şey olmadığı vurğulanıb.
Ella sirkdəki karyerasını tərk etmək qərarına gəlib və özünə başqa bir yol qurur.
Ella sirkdən ayrılıb ailəsinin yanına qayıdanda kədərli hadisələr onu rahat buraxmayıb. 1890-cı illərdə baş verən yanğında Ella həm atasını, həm də beş il sonra qardaşı Villini itirdi.
Ella həmin vaxt müəllimliyi tərk etdi və mühasib olan Robert L. Saveli ilə evləndi.
1910-cu ildə aparılan siyahıyaalmaya görə, Ella və əri Tennessi ştatının Nashville şəhərində yaşayırdılar.
Ella Harper 35 yaşında uşaq dünyaya gətirdi.
Mabel Evans Saveli adlı qız övladı dünyaya gətirən cütlüyün xoşbəxtliyi uzun sürməyib. Təəssüf ki, 1906-cı ildə, körpə 6 aylıq olanda dünyasını dəyişib. Bu ölümdən sonra cütlük 3 aylıq uşağı övladlığa götürüb və 18 gün sonra övladlığa götürdüklərini də torpağa verir.
Ella Harper özü övladlığa götürdüyü uşağın ölümündən sonra 19 dekabr 1921-ci ildə Tennessi ştatının Nashville şəhərində kolon xərçəngindən dünyasını dəiyişib.
Xanım