AZ

İranın “Sərt cəza” əməliyyatı nəticəsində 35 nəfər YARALANIB - VİDEO

İranın İsrailə hücumu nəticəsində azı 35 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

İsrail mediasının məlumatlarına görə bu rəqəmlərin artacağı istisna edilmir.

Qeyd edək ki, ötən gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib.

Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb. İran yaxın günlərdə sərt cavab tədbirlərinin görüləcəyini elan edib.

Daha sonra isə İran tərəfi İsrailə qarşı “Sərt cəza” kod adlı hərbi əməliyyatlara başlayıb. Ölkənin Qüds və Tel-Əviv şəhərləri kütləvi raket hücumlarına məruz qalıb.


Bizim.Media

Seçilən
33
bizim.media

1Mənbələr