ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran ABŞ ilə danışıqların yeni raundu üzrə Omanla məsləhətləşir, lakin İsrailin zərbələri Tehranı diplomatiya yolundan geri dönməyə məcbur edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Biz omanlı həmkarımız Bədr əl-Busaidi ilə ABŞ hökumət rəsmiləri ilə danışıqların yeni raundunun keçirilməsinə dair məsləhətləşdik, lakin İrana hücum edən və hərbi rəhbərləri, akademik elitanı öldürən İsrailin hərəkətləri bizi diplomatiya yolundan geri dönməyə məcbur edir", - deyə Əraqçi hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə telefon danışığı zamanı bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.