AZ

İsrailə məxsus 5 PUA vurulub – İran polisi

Bakı. Trend:

İranın Hüquq Mühafizə Qüvvələrinin sərhəd xidməti İsrailə məxsus5 PUA-nı vurub.

Trend-inməlumatına görə, bununla əlaqədar İran polisinin informasiyaxidməti məlumat yayıb.

Məlumata görə, İranın Qərbi Azərbaycan vilayətində 1, Ərdəbilvilayətində 3 və Kürdüstan vilayətində 1 PUA vurulub.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib.

Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı“Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildəhərbi obyektlərin vurulduğunu bildirib.

Seçilən
12
1
az.trend.az

2Mənbələr