Bakı. Trend:
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi italiyalı həmkarıAntonio Tajani ilə telefon danışığı aparıb.
Trend-inməlumatına görə, söhbət zamanı Əraqçi vurğulayıb ki, İran hökumətivə xalqı beynəlxalq ictimaiyyətin, xüsusilə də Avropa İttifaqınınİsrailin hücumlarını kəskin şəkildə pisləməsini gözləyir. O, eynizamanda bildirib ki, İranın cavabı “möhkəm və qəti” olacaq.
Öz növbəsində İtaliyanın xarici işlər naziri Antonio Tajanitərəfləri təmkin nümayiş etdirməyə çağırıb və İtaliyanın regiondasülh və sabitliyin təmin olunması məqsədilə dialoqun bərpasınadəstək verməyə hazır olduğunu qeyd edib.