AZ

"Şrek" obrazına ilham verən güləşçi - FOTO

“Fransız mələyi” kimi tanınan güləşçi Maurice (Moris) Tilletdə əllər, ayaqlar və üz cizgilərinin hədsiz dərəcədə şişməsinə səbəb olan akromeqaliya xəstəliyi var idi. Bu səbəbdən Şrek obrazına da ilham verdiyi iddia edilən adamın gözoxşayan hekayəsi çox maraqlıdır.

 

Sfera.az maraqlı hekayənin təfərrüatlarını təqdim edir.

 

Moris Tillet ömrü boyu güləşdə uğurlu karyera qurmuş və karyerasının zirvəsinə 1940-cı illərdə çatmışdır.

 

Bununla belə, Tilletin karyerası illər keçdikcə unudulub, ta ki onu cizgi filmi canavarı Şreklə müqayisə edənə qədər.

 

Moris Tillet 1904-cü ildə indiki Rusiyanın Ural dağlarında fransız ailəsində anadan olub.

 

Üzündəki məsum və saf ifadəyə görə çoxları ona “Mələk” ləqəbi qoyublar. Atasını gənc yaşda itirən Moris Tillet anası ilə böyüyüb. Daha sonra rus inqilabı ölkəni alt-üst edən kimi Tillet anası ilə birlikdə Ural dağlarından Fransanın Reyms şəhərinə köçüb.

 

Tillet 17 yaşında olanda ayaqlarında, əllərində və başında qəribə şişliklər hiss etməyə başlayıb.

 

Sonrakı həkim müayinəsi zamanı Tillet öyrənib ki, onda hipofiz vəzinin həddindən artıq böyümə hormonu ifraz etdiyi nadir bir xəstəlik olan akromeqaliya inkişaf edib. Bu vəziyyət yuxu apnesinə, hətta insanın ümumi görünüşünün tamamilə dəyişməsinə səbəb ola bilər. O zaman həkimlərin dediklərinə görə, Tilletin yaşadığı da məhz bu idi.

 

Tillet dəhşətli hesab etdiyi görünüşünə görə ömrünün sonuna qədər uğursuz olacağına inanırdı. Bununla belə, o, Tuluza Universitetində hüquq fakültəsini qazana bilib.

 

Diplom alsa da, hüquqşünas olmaq arzusunun arxasınca getməyib. Əvəzində o, Fransa donanmasına qoşulmağı, mühəndis olmağı və beş il şərəflə xidmət etməyi seçib.

 

1937-ci ildə Sinqapura gedən Tillet peşəkar güləşçi Karl Pojello sayəsində əfsanəvi güləşçi olub.

 

O, əvvəlcə Fransada güləş təhsili alıb. Lakin II Dünya Müharibəsi 1939-cu ildə Tilleti ABŞ-a mühacirət etməyə məcbur edib. Təxminən bir il sonra Tillet Pol Bowserin (Bouzer) diqqətini çəkib. Bu gün böyük ölçüdə unudulsa da, Bouzer dövrün aparıcı adlarından biri idi. Bu səbəbdən o, Tilleti bir çox matçlarda arenada görmək istəyib.

 

Tillet "Fransız mələyi" ləqəbi ilə hakimiyyətinin qarşısıalınmaz olan bir əfsanəsinə çevrilib. 

 

1940-cı ilin mayında o, AWA Dünya Ağır Çəkisi Çempionatını qazanıb. Təxminən iki il sonra titulunu Monreala itirib.

 

O, ilk dəfə bu titulu qazananda "Güləşin Ən Çirkin Adamı" kimi tanınırdı.

 

 

Lakin Moris Tilletin həqiqətən əziyyət çəkdiyi şey səhhətinin pisləşməsindən çox bir neçə markanın onu təqlid edərək ondan pul qazanmağa çalışması idi.

 

Moris Tillet həqiqətən Şrek idi?

 

“Dreamworks”də heç kim bu məlumatı təsdiq və ya təkzib etməsə də, şayiələrə görə, Moris Tillet “Şrek”in dizaynını ilhamlandırıb. Bundan əlavə, Tilletin varlığı əslində Şrek personajının ortaya çıxması ilə yenidən gündəmə gəlib. Çünki cizgi filmi həvəskarları “Güləşin Ən Çirkin Adamı” ilə Şrek arasındakı oxşarlığı dərhal hiss etmişdilər.

 

“Huffington Post” mənbəsinə görə “Şrek”in prodüserləri bu məsələdə qapını açıq qoysalar da, bu adamın Şrekə ilham verdiyinə dair çoxlu foto dəlillər var.

 

İstənilən halda, Moris Tilletin Amerika idmanı və mədəniyyətinə çox vaxt diqqətdən kənarda qalan təsiri bu gün də danılmaz dərəcədə əhəmiyyətli olaraq qalır.

 

Xanım

Seçilən
6
1
sfera.az

2Mənbələr