Bu barədə Oxu.Az-a təyyarədə olan sərnişin məlumat verib.
Sərnişinin iddiasına görə, təyyarə qəza vəziyyəti ilə üzləşib, buna görə də geri dönməli olub.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan istiqamətində planlaşdırılan "J2 257" nömrəli reysi Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti (tufan) səbəbindən geri qayıdıb:
"Sözügedən reys Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək".