AZ

Səbuhi Abdullazadə: "Ölkə xaricində oynamaq istəyirəm"

“Neftçi” ilə hər hansı danışığımız olmayıb. Moldova “Şerif”i ilə isə hələlik rəsmi bir şey yoxdur. Amma hər an hər şey baş verə bilər. Sadəcə, nələrin və necə olacağını zamana buraxmaq lazımdır. Ölkə xaricində oynamaq istəyirəm”.

İdman.biz xəbər verir ki, bunu futbolinfo.az saytına açıqlamasında Səbuhi Abdullazadə deyib.

Mövsüm başa çatdıqdan sonra “Sumqayıt”la müqaviləsi bitən Abdullazadə, doğma klubla yollarını ayırmaq üzrə olduğunu da istisna etməyib: “Müqaviləm başa çatsa da, hələlik hər şey tam dəqiqləşməyib. Nə olacağını daha ətraflı düşünəcəm. Sumqayıt mənim şəhərimdir. Burada futbola başlamışam, ilk matçıma da məhz burada çıxmışam. İnkişafımda bu klubun rolu böyükdür. Milliyə ilk dəvətimi də buradan almışam. Ona görə də “Sumqayıt”ın mənim üzərimdə əməyi danılmazdır”.

Milli komandada da daimi yer almaq istəyən 23 yaşlı yarımmüdafiəçi gələcək seçiminə ciddi yanaşacağını vurğulayıb: “Əgər hansısa kluba keçəcəyəmsə, bu, asan qərar olmayacaq. Bütün amilləri nəzərə almaq lazımdır. Çünki millidə də hər matçda oynamaq istəyirəm. Bunun üçün isə klubumda stabil çıxış etməyim vacibdir”.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr