Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 14 iyun, AZƏRTAC
İsrailin İrana endirdiyi zərbələr nəticəsində 60%-ə qədər zənginləşdirilmiş uran istehsal edən Natanz nüvə obyektinin bir hissəsi zədələnib.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının İran ətrafındakı vəziyyətlə bağlı fövqəladə iclasında çıxışı zamanı deyib.
"İran təsdiqləyib ki, ilkin olaraq yalnız Natanz uran zənginləşdirmə zavoduna hücum edilib. Bu obyektə əsas və pilot zavodlar daxildir. İranın U-235 izotopunda 60%-ə qədər zənginləşdirilmiş uran istehsal etdiyi pilot zavodun yer üstü hissəsi məhv edilib", - deyə o bildirib.
Qrossinin sözlərinə görə, agentlik məlumat toplamaqda və regionda nüvə təhlükəsizliyi üçün potensial riskləri qiymətləndirməkdə davam edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.