AZ

Azərbaycanda İsrailin hücumu barədə: ''Bu gün İrandırsa, sabah Türkiyədir''

İsrailin İrana hücumundan sonra Azərbaycanda sosial media istifadəçiləri İran və İsrail barədə fərqli fikirlər paylaşıb.

Bir sosial media istifadəçisi yazıb ki, "İsrail o dövlətdir ki, Qəzzada minlərlə uşağın qanına əli bulaşıb. Bu gün İrandırsa, sabah Türkiyədir və buna sevinmək axmaqlıqdır".

Bir sosial media istifadəçisi isə bu hadisəyə sevincini belə ifadə edib:

"Azərbaycanın ikinci böyük düşməni məhv edilir, hələlik buna sevinirik. Yaşasın dost və qardaş İsrail!"

Başqa bir sosial media istifadəçisi isə hesab edir ki, İran həmişə Azərbaycana "qardaş olub".

"Bu günlərdə bizim vəzifəmiz də onların yanında durmaqdır. Bu müharibənin axırında İsrail məhv olacaq, amma Azərbaycan və azərbaycanlılar olaraq öz tərəfimizi seçməyin vaxtı çatıb".

Daha bir istifadəçi isə Azərbaycanı səsini çıxarmağa çağırır:

"İsrail hər gün ömrünü qısaldır. Azərbaycan dövləti niyə səsini çıxarmır? Azərbaycan İsrail məkanı olmamasını sübut etmək üçün bu cinayəti pisləməlidir".

Bir sosial media istifadəçisi isə belə yazır "Hər dəfə ömrümüzü xarab edirdilər ki, Azərbaycan öz ərazisində İsrail bazaları yerləşdirib. Ən böyük İsrail bazaları elə öz ərazilərində imiş ki".

İsrail bu gecə İrana hücum edib, Nəticədə İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri və digər komandirlər öldürülüb. Iran da öz növbəsində İsrailə 100 dronla əks-hücum edib.

Təhlilçilər hesab edir ki, İranın bu cavabı daha böyük bir hücumun bir parçasıdır.

Videoya Youtube kanalımızda baxın.

Seçilən
23
bbc.com

1Mənbələr