Donetsk “Şaxtyor”unun baş məşqçisi Arda Turan “Şaxtyor”un baş məşqçisi kimi ilk müsahibəsini verib.
Publika.az xəbər verir ki, türkiyəli mütəxəssislə söhbət “mədənçilər”in rəsmi saytında dərc olunub. Turan “Şaxtyor”un təklifini necə qəbul etdiyi haqda da danışıb.
“Əvvəla, ən vacibi o idi ki, ilk görüşlərdən yalnız oyun və meydanda baş verənlər barədə danışırdıq. Mən futbol, detallar haqqında danışmağı xoşlayıram. Ona görə də gördüm ki, detallara maraq var. İkincisi, karyeram boyu elə bir futbolçu və məşqçi olmuşam ki, ancaq qalib gəlmək haqda düşünmüşəm. “Şaxtyor”un da bir məqsədi var, yenə də qələbə qazanmaq”, – Turan deyib.
Məşqçi Kiyev “Dinamo”su ilə əsaslı qarşıdurma haqda da danışıb.