İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciət edərək, ölkəsinin iranlıları düşmən saymadığını bildirib və onları İslam Respublikası hakimiyyətinə qarşı üsyana dəvət edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o qeyd edib ki, İsrailin əməliyyatının məqsədi İslam rejimindən gələn nüvə və raket təhlükəsini aradan qaldırmaqdır.
"Məqsədimizə çatmağa doğru irəliləməklə biz həm də sizin azadlığa qovuşmağınız üçün yolları təmizləyirik. İsrailin İrana zərbələrindən sonra İslam Respublikasının hakimiyyəti həmişəkindən daha zəifdir. Bu, ayağa qalxmaq və səsinizi eşitmək üçün fürsətdir", - deyə baş nazir bildirib.