AZ

İran İsrailə üçüncü cavab dalğasına BAŞLADI

İran İsrail ərazisinə raket hücumlarının üçüncü dalğasına başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın İRİB teleradio şirkəti öz "Telegram" kanalında bildirib.

"İranın raket hücumunun üçüncü dalğası başlayır", - açıqlamada deyilir.

Bir müddət əvvəl İsrailin "Kanal 13" telekanalı İranın ballistik raketinin Tel-Əvivdə İsrail Müdafiə Nazirliyinin qərargahını vurduğunu bildirmişdi. Eyni zamanda IRNA agentliyi İran tərəfindən atılan bir neçə raketin İsrail Milli Təhlükəsizlik Nazirliyinin binasına düşdüyünü yazıb.

Xatırladaq ki, iyunun 13-də İsrail SEPAH-ın Tehrandakı qərargahına  və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib. İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və bir neçə nüvə alimi həlak olub. İsrailin baş naziri Benyamin Netanyahu hücumun İranın nüvə infrastrukturunu hədəf aldığını təsdiqləyib.

Daha sonra İran hökuməti İsrailin İslam Respublikasının obyektlərinə hücumuna sərt cavab vəd edib.

Turan İSMAYIL

Seçilən
74
50
redaktor.az

10Mənbələr