AZ

İran Hörmüz boğazını bağlamağı nzərdən keçirir –Mazandarandan İsrailə yeni raketlər buraxılıb

İran  İsrailin hucumuna cavab olaraq Hörmüz boğazını bağlamağı nəzərdən keçirir.

AzPost bildirir ki, bu barədə İranın 3-cü kanalı məlumat yayıb.

Xəbərə görə, nəzərdən keçirilən variantlar arasında İranın Hörmüz boğazının və Yəmənin Bab əl-Məndəb boğazının bağlaması da var.

İran xəbərdarlıq edir ki, İsrailin hərəkətləri qlobal enerji təhlükəsizliyini poza bilər.

Son vəziyyət isə gərgin olaraq qalır. Bir neçə dəqiqə əvvəl Mazandaran əyalətindən İsrail istiqamətində yenidən çoxlu sayda raket atılıb.

Türkiyə mətbuatı xəbər verir ki, İranın İsrailə endirdiyi raket zərbələri aşağıdakı hədəfləri vurub

▪️ Təl-Əviv Maliyyə Mərkəzi
▪️ İsrail Müdafiə Nazirliyi
▪️ İqtisadiyyat Nazirliyi
▪️ Tel Nof Hava Bazası
▪️ Hayfa ərazisində bir neçə hədəf
▪️ Qəzza sahillərində qaz platforması

Kritik infrastruktur obyektlərinin vurulması hücumun yüksək dəqiqliyi və planlı xarakterini göstərir.

AzPost.az

Seçilən
38
1
azpost.info

2Mənbələr