
İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə MAQATE rəhbəri Rafael Qrossi məlumat yayıb.
Bildirilib ki, İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə radiasiyadan qorunma tədbirləri ilə idarə oluna bilər.
MAQATE nüvə obyektlərinin tam mühafizəsini və dinc məqsədlər üçün istifadəni davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Agentlik rəhbəri bildirib ki, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.