Bakı. Trend:
Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətinibeynəlxalq səviyyədə tanıtmaq məqsədilə Heydər Əliyev Fondu vəMədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” 7-ciBeynəlxalq Musiqi Festivalı bu il iyunun 17-dən 22-dəkkeçiriləcək.
Trend-inməlumatına görə, festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş,İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan,Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə vəümumilikdə 25-dən çox ölkədən 50-dən artıq ifaçı, tədqiqatçı vəqonaq iştirak edəcək. Festival iyunun 17-də Bakıda, Heydər ƏliyevSarayında “Bayatı” adlı konsert-tamaşa ilə açılacaq.
Festival çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan,Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadlarınbeynəlxalq muğam müsabiqəsi keçiriləcək. Müsabiqədə 30-dan çox gəncxanəndə və instrumental ifaçı iştirak edəcək.
Proqramda İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin“Muğam saatı” proqramı əsasında interaktiv səs performansı, XIIIəsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktikirsi ilə bağlı simpozium, eləcə də “Muğam 12” musiqi marafonu dayer alır. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarınınustad konsertləri təşkil olunacaq.
Müsabiqənin bağlanış mərasimi isə muğamın beşiyi hesab olunanazad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək. Qeyd edilirki, mayın 10-da Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzininaçılışında yaradılan şəraiti yüksək qiymətləndirmiş və buradamüntəzəm muğam bayramları və müsabiqələrinin keçirilməsini tövsiyəetmişdi. Bu tədbir həm muğam sənətinin, həm də xalqımızın Qarabağamənəvi-mədəni qayıdışının simvolu olacaq.
“Muğam aləmi” beynəlxalq festivalı UNESCO-nun BəşəriyyətinQeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanmuğamının ənənələrinin qorunması, ifası və tədqiqini təşviq edənönəmli beynəlxalq platformalardan biridir. Heydər Əliyev Fondununtəşəbbüsü ilə 2009-cu ildən keçirilən festival 2011, 2013, 2015,2018 və 2023-cü illərdə də dünya üzrə sənətçiləri, alimləri vəmusiqiçiləri bir araya gətirərək mədəniyyətlərarası dialoqugücləndirir, muğam irsinin yaşadılmasına mühüm töhfələr verir.