Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İranda yaranmış böhranlı vəziyyət səbəbilə yaxın günlərdə P.İ. Çaykovski adına Böyük Simfonik Orkestrin 51 üzvü, həmçinin təxminən 90 rusiyalı aktyor və incəsənət xadimi Azərbaycana təxliyə ediləcək.
Axşam.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Qeyd olunur ki, İran ərazisində bəzi ölkələrin vətəndaşlarının evakuasiyasına ehtiyac yaranıb və Azərbaycan da bu prosesdə yardım göstərir.
Xatırladaq ki, bu gecə İsrail İrana qarşı hərbi əməliyyata başladığını elan edib. İsrail Hərbi Hava Qüvvələri əməliyyat zamanı 200-dən çox təyyarə ilə 100-dən artıq hədəfi vurub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.