AZ

Zaqatalada piyadanı maşın vuraraq öldürdü

Bu gün saat 20 radələrində Zaqatala rayonunun Mazıx kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini İbrət Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1987-ci il təvəllüdlü Mazıx kənd sakini Zurab Nuriyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata əsasən, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
31
2
bizim.media

4Mənbələr