AZ

Qaraciyəri təmizləyən 4 qida

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qaraciyər bədənimizin ən vacib təmizləyici orqanıdır və onun sağlamlığı ümumi vəziyyətimizə birbaşa təsir edir. Onu qorumaq və gücləndirmək üçün bəzi qidalar xüsusilə faydalıdır.

Elmi araşdırmalara əsasən qaraciyəri dəstəkləyən 4 əsas qida aşağıdakılardır:

Qəhvə

Araşdırmalar göstərir ki, gündə bir neçə fincan qəhvə içmək qaraciyər üçün faydalıdır. Bu içki qaraciyərdə zərərli maddələrin toplanmasının qarşısını alır, fermentlərin tarazlığını qoruyur və serroz riskini azalda bilər.

Yaşıl çay

Antioksidantlarla zəngin olan yaşıl çay, xüsusilə qaraciyərdə piylənmə ilə mübarizədə faydalıdır. Amma kapsul və ya toz formada satılan yaşıl çay əlavələri qaraciyərə zərər verə bilər, buna görə ehtiyatla istifadə olunmalıdır.

Üzüm

Xüsusilə qırmızı və bənövşəyi rəngli, çərdəkli üzüm qaraciyərdə iltihabı azalda və hüceyrələri qoruyaraq fayda göstərə bilər. Üzüm ekstraktlarının təsiri daha çox heyvanlar üzərində yoxlanılıb, lakin nəticələr ümidvericidir.

Zeytun yağı

Sağlam yağlar sırasında ilk sıralarda olan zeytun yağı qaraciyərdə yağ toplanmasının qarşısını ala və orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərə bilər. Xüsusilə Aralıq dənizi tipli qidalanmada mühüm yer tutur.

Bu qidaları gündəlik rasiona düzgün şəkildə daxil etməklə qaraciyəri qorumaq və onun funksiyasını gücləndirmək mümkündür.

İsmayıl

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
3
news.milli.az

4Mənbələr