AZ

Avropa İttifaqı Rusiyaya şərab və pivə tədarükünü artırıb

Avropa ölkələri Rusiyaya şərab və pivə ixracını aprel ayında əvvəlki ayla müqayisədə orta hesabla 25% artırıb. 

HİT.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" Eurostat məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, Çexiya sərxoşedici içkinin əsas Avropa tədarükçüsü olaraq qalır - ondan ixrac 2,14 milyon avroya çatıb. İkinci yerdə Almaniya – 1,65 milyon avro, üçüncü yerdə isə Litva – 1,16 milyon avro qərarlaşıb. Ümumilikdə Aİ ölkələri Rusiyaya 786 min ton pivə tədarük edib.

İtaliya Rusiya üçün əsas şərab ixracatçısı olaraq qalır (15,3 milyon avro). Ümumilikdə bu içkinin Avropadan Rusiya bazarına satışı 34,8 milyon avroya qədər artıb.

May ayında bildirilmişdi ki, Çin bu ilin yanvar-mart aylarında Rusiyaya pivə tədarükünə görə ilk dəfə olaraq Almaniya və Çexiyanı üstələyərək 7,1 milyon dollarlıq məhsul göndərib ki, bu da əvvəlki ilin səviyyəsindən 1,9 dəfə çoxdur.

Qeyd olunub ki, Rusiya “dost olmayan” pivənin idxalına rüsumları artırdığı üçün Avropadan Rusiya bazarına tədarük azalıb – onlar litr üçün 0,1 avrodan 1 avroya qədər artırılıb.

Samir

Seçilən
3
hit.az

1Mənbələr