"Meta AI" tətbiqi məlumatların məxfiliyi ilə bağlı problemlər və sistemin mümkün zəifliyi səbəbindən mütəxəssislərin marağına səbəb olub.
Valyuta.az xəbər verir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.
Qeyd olunur ki, tətbiqin istifadəçiləri daxili “Paylaş” funksiyası vasitəsilə süni intellektə öz sorğularını paylaşa bilərlər. Eyni zamanda, ekspertlərin vurğuladığı kimi, bir çox istifadəçi şəxsi məlumatları ictimai sahəyə yerləşdirdiyini dərk etmir. Dərc olunan sorğular arasında vergidən yayınma, qohumların cinayət məsuliyyəti ilə bağlı suallar, habelə adlar, ev ünvanları və məhkəmə protokollarından fraqmentlərdən ibarət dialoqlar var.
İD eksperti Raşel Tobak bir sıra hallarda şəxsi həyatın toxunulmazlığı hüququnu pozan məlumatların ictimai sahəyə aid olmasına diqqət çəkib.
"Meta" hələlik vəziyyətlə bağlı açıqlama verməyib. Eyni zamanda, şirkət istifadəçilərə sorğularının harada və hansı formatda dərc edildiyi barədə aydın məlumat vermir, xüsusən də giriş açıq profilli "Instagram" vasitəsilədirsə.
Analitiklərin fikrincə, funksionallığın belə həyata keçirilməsi riskli görünür. "Meta AI"da istifadəçi təcrübəsini auditoriya üçün faktiki olaraq şəffaf edən funksionallıq məhsulun yetkinliyinə dair şübhələr yaradır. "Meta"nın süni intellektin inkişafına yatırdığı sərmayənin miqyasını nəzərə alsaq, mövcud vəziyyət reputasiyaya xələl gətirə və platformanın irəliləyişini ləngidə bilər.
“AppFigures”in məlumatına görə, aprelin 29-da "Meta AI"ın buraxılmasından bu yana proqram təxminən 6,5 milyon istifadəçi tərəfindən yüklənib.
Paşa Məmmədli