Bu gün səhərə yazın İsrtailin 200 qırıcı ilə İrana başlayan hücumuna Tehran rejimi əks zərbə ilə - yüzlərlə ballistik raketlə cavab verir.
Mia.az xəbər verir ki, bu barədə İranın IRNA dövlət agentliyi məlumat yayıb.
Bildirlib ki, bu dəqiqələrdə İsrailin ölkəyə hücumuna çox ağır cavab verilir: "Sionist rejimin qəddar hücumuna daha sərt cavab tədbirinə start verilib. Artıq İsrailə yüzlərlə müxtəlif ballistik raketlər buraxılıb."
Məlumatda o da deyilir ki, İrana hücumda rol alan İsrailin iki F-35 qırıcısı da vurulub: "Onlardan birinn qadın pilotu isə əsir alınıb" .
İsrail İranın ölkəyə hücum faktını təsdiqləyib: "Hazırda həmin raketləri ölkəmizə daxil omadan zərərsizləçdiririk".
Lamiyə Əhmədli
MİA.AZ