İsrail ordusu İran ərazisi üzərində qırıcı təyyarənin vurulması və İsrail pilotunun əsir götürülməsi ilə bağlı xəbərləri təkzib edib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a ordunun mətbuat xidmətinin nümayəndəsi məlumat verib.
“İsrail ordusu qırıcı təyyarənin İran ərazisi üzərində vurulması ilə bağlı məlumatları, həmçinin pilotun əsir götürülməsi ilə bağlı məlumatları təkzib edir”, - agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, İran ordusu İsrail qırıcısının vurulduğunu və qadın pilotun əsir götürüldüyünü bəyan edib.
Turan İSMAYIL