Qeyd edilməlidir ki, əvvəllər idmançı ifrat sağçı siyasi fikirlərə sahib olub.
Kulinski döyüş sambosu üzrə idman ustasıdır və Moskvanın Element klubunda məşq edib.
Peşəkar karyerası 2020-ci ildə Usmon Qoibovu nokaut etdiyi Hardcore FC turnirində qalibiyyət döyüşü ilə başlayıb. Lakin bunun ardınca Pavel Nosov, Timur Nikulin və Marif Piraev kimi rəqiblərdən ardıcıl məğlubiyyətlər gəlib.
Bir illik fasilədən sonra döyüşçü 2023-cü ildə Vladislav Pozov və Zəlimxan Yusupov üzərində ardıcıl iki qələbə qazanaraq “qəfəsə” qayıdıb.
Bu, döyüş sənətinin nümayəndələri tərəfindən islamı qəbul edən ilk hal deyil - əvvəllər döyüşçülər Nikolay Sivilov, Benik Sarkisyan və Sergey Morozovun da oxşar seçim etdiyi bildirilirdi..
Əli Babayev