DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığmasının rəqibi olan Ukrayna komandasının baş məşqçisi Sergey Rebrov Torontoda Kanada (2:4) və Yeni Zelandiya (2:1) ilə keçirilən “Canaadian Shield Four Nations” turnirindəki çıxışını şərh edib.
Sportinfo.az xəbər verir ki, yerli federasiyanın mətbuat xidmətinə danışan Rebrov millimizlə görüşdən əvvəl hazırlığın vacibliyindən danışıb:
"Çoxları deyir ki, ora niyə getmişdiniz? Bizə oynamağı təklif edən çox komanda yox idi.
Bu turniri təklif etdiyi üçün Kanadaya çox minnətdarıq. Düşünürəm ki, bu, bizim üçün çox faydalıdır.
Dünya çempionatının seçmə mərhələsinin oyunları öncəsi çox vacib sınaq idi".
Azərbaycan və Ukrayna dünya çempionatının seçmə mərhələsində sentyabrın 9-da və oktyabrın 13-də qarşılaşacaq.