AZ

İran nüvə obyektlərinə hücum etdiyini bildirir - Dağıntılardan ilk görüntülər

Təl-Əvivə düşən raketlərin nəticələrinin ilk görüntüləri yayılıb.

Ölkə.Az xəbər verir ki, kadrlarda dağılmış evlər və raketlərin qalıqları ilə əzilmiş avtomobillər yer alıb.

Bütün İsraildə davamlı olaraq qırmızı həyəcan siqnalları verilir. Son 10-15 dəqiqədir ki, dayanmırlar.

Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin cənubundakı Dimona şəhərindəki nüvə obyektinə hücumlar edildiyini bildirir.

İsrail tərəfi hələlik bu xəbərlərə münasibət bildirməyib.

Təcili yardım ekipajları indi İranın İsrailə hücumu zamanı 7 yaralı tapıb. Onların yüngül və orta dərəcəli xəsarətlər aldığı qeyd edilir.

İran mediası iki İsrail qırıcısının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu yazır. Bundan əlavə, onlardan birinin qadın pilotunun əsir götürüldüyü qeyd edilir.

Seçilən
8
1
olke.az

2Mənbələr