AZ

İsrail Yəməndən raket atəşinə tutulduğunu bildirib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Yəməndən raket hücumuna məruz qaldığını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

SAXAL-ın məlumatına görə, hazırda raketlərin ələ keçirilməsi üzərində iş gedir. Artıq hava təhlükəsi ilə əlaqədar İsrailin bir neçə bölgəsində xəbərdarlıq elan edilib.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ölkə prezidenti İsaak Hersoqa İrandakı əməliyyatın gedişi ilə bağlı hesabat verib. Görüşdən sonra dövlət başçısı sosial şəbəkədə Netanyahunu və İsrailin bütün hərbi rəhbərliyini tərifləyib, eyni zamanda həmvətənlərini çətin günlərin başlaması ilə bağlı xəbərdar edib.

QAZİLER.AZ

Seçilən
14
qaziler.az

1Mənbələr