İspaniya nəhəngi “Real” məşhur fransız dəb evi “Louis Vuitton” ilə əməkdaşlığa başladığnı ictimaiyyətə bəyan edib.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:
“Qələbə “Louis Vuitton” ilə səyahət edir. Fransız dəb evi və Madrid “Real”ı əməkdaşlıq haqqında saziş imzaladıqlarını qürrula bəyan edirlər. “Louis Vuitton” kişilərdən və qadınlardan ibarət futbol və basketbol komandalarımızı özünün rəsmi və yol geyimləri kolleksiyası ilə geyindirəcək”, – “qaymaqlılar”ın müvafiq rəsmi bəyanatına deyilir.
Xatırladaq ki, “Real” ötən mövsümdə yalnız UEFA Super Kubokunu və FIFA Qitələrarası Kuboku qazanaraq, İspaniya La Liqasını, İspaniya Kral Kubokunu, İspaniya Super Kubokunu və Çempionlar Liqasını əldən verib.