Rusiyanın paytaxtı Moskvada incəsənət adamları arasında musiqili futbol festivalı davam edir.
Xəbər verdiyimiz kimi, turnirdə iştirak edən 16 komanda arasında Azərbaycanı təmsil edən incəsənət nümayəndələri də yer alıb.
Komandamız qrup mərhələsində ilk matçını iyununda 7-də Qazaxıstana qarşı keçirərək meydanı 1:3 hesabı ilə məğlub edib.
İyunun 9-dakı rəqib isə meydan sahibi Rusiya olub.
Kifayət qədər gərgin keçən qarşılaşma 3:3 hesabı ilə davam edib. Son saniyələrdə rusların vurduğu qol onlara 4:3 hesablı qələbə qazandırıb.
Oyunda ən maraqlı an bir saatın tamamında yaşanıb. Komandamız hesabda 1:3 geridə olanda səhnəyə Azərbaycan millisinin və “Qarabağ”ın keçmiş futbolçusu Vüqar Nadirov çıxıb.
“17 nömrə” təxminən 30 metrdən özünəməxsus şəkildə vurduğu qolla tribunalara toplaşanların alqışını qazanıb.
Təmsilçimiz növbəti görüşünü iyunun 11-də qrupun lideri Paraqvaya qarşı keçirəcək.
HƏBİB / SPORTİNFO.AZ
Aşağıdakı videoda Vüqarın möhtəşəm qolunu izləyə bilərsiz.